İran Prezidenti ABŞ və İsrailə qarşı mübarizənin davam etdiriləcəyini açıqlayıb
Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib.Pezeşkian qeyd edib ki, İran münaqişədən yayınmağa çalışsa da, ABŞ və İsrailə qarşı mövqeyini dəyişmək niyyətində deyil.İran liderinin sözlərinə görə, ölkəsi uzun müddətdir müharibənin əleyhinə çıxır və xalqın maraqlarının, eləcə də regionda təhlükəsizliyin qorunmasını əsas prioritetlərdən biri hesab edir. Bununla yanaşı, o bildirib ki, İran təcavüzlə üzləşdiyi halda özünü müdafiə etməkdən çəkinməyəcək.Pezeşkian İranın müqavimətini qarşı tərəfin məsuliyyətini dərk etməsinə və geri addım atmasına qədər davam etdirəcəyini vurğulayıb.



