--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:01 1112 baxış

Peskov sanksiyaların Ukrayna nizamlanması üzrə irəliləyişlərə töhfə verməyəcəyini deyib

Elpress.az xəbər verir ki, Kreml ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyişə kömək etməyəcəyini açıqlayıb.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın sanksiyaları ilə bağlı ticarət tərəfdaşları ilə mütəmadi əlaqə saxlayır. Onun sözlərinə görə, tərəfdaş ölkələr mümkün ikinci dərəcəli məhdudiyyətlərin təsirlərini qiymətləndirirlər.Peskov qeyd edib ki, yeni sanksiyaların tətbiqi Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına da müsbət təsir göstərməyəcək. O, bu addımların Ukrayna üzrə nizamlanma prosesində daha ciddi irəliləyişlərin əldə olunmasına töhfə verməsinin gözlənilmədiyini bildirib.Kremlin sözçüsü Rusiyaya indiyədək 30 mindən çox müxtəlif sanksiyanın tətbiq edildiyini də xatırladıb. Onun sözlərinə görə, məhdudiyyətlər bazarlara, şirkətlərə, ayrı-ayrı sektorlara və şəxslərə yönəlib.Peskov Rusiyanın sanksiyalara əhəmiyyətli dərəcədə uyğunlaşdığını və onların mənfi təsirlərini azaltmaq üçün müxtəlif mexanizmlər formalaşdırdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycandan keçən yükdə 80 kiloqrama yaxın marixuana aşkarlanıb

Next Article

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alimlər qayalı ekzoplanetin atmosferini müəyyən etdilər

Aysel Əlibəyli 17 İyul 2026 · 16:11 1118 baxış “LHS 1140 b” ekzoplanetində ilk dəfə atmosferin mövcudluğu təsdiqlənib Elpress.az xəbər verir ki, Astronomlar ilk dəfə olaraq ulduzunun “yaşayış zonasında” (Qoldiloks zonası) yerləşən qayalı ekzoplanetdə atmosferin […]

Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:45 1094 baxış Təhlükəsizlik Şurasının katibi ölkənin enerji təchizatında alternativ mənbələrə yönələcəyini bildirib Elpress.az xəbər verir ki, Ermənistan bir qaz kəmərindən və tək bir tərəfin qərarından asılı vəziyyətdə qalmaq […]