--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Konqo DR-də Ebola sürətlə yayılır: yoluxma 300-ü keçdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:22 1197 baxış

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusu yoluxmalarının sayı 300-ü ötüb. Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara əsasən, ölüm halları artıq 48 nəfərə yüksəlib və vəziyyət ölkədə narahatlıq doğurmağa davam edir.

Elpress.az-ın məlumatına əsasən, Nazirliyin verdiyi məlumata əsasən, Ebola epidemiyası yayılmağa davam edir və hazırda Konqo Demokratik Respublikasının İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində ümumilikdə 23 səhiyyə zonasına təsir göstərir. İllərdir davam edən qeyri-sabitlikdən əziyyət çəkən İturi bölgəsində təsdiqlənmiş yoluxma sayı 260-ı ötüb.Səhiyyə qurumları bildirir ki, İturinin paytaxtı Bunia və şimal-şərqdə yerləşən Nizi şəhərində icma müqaviməti, həmçinin yayılan şayiələr və dezinformasiya virusla mübarizə və profilaktik tədbirlərin effektivliyini çətinləşdirir.Rəsmi məlumatlara görə, dörd xəstə artıq sağalaraq Buniadakı tibb mərkəzindən evə buraxılıb.ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Prezident Feliks Tşisekedi ilə Ebola ilə mübarizə məsələlərini müzakirə etdikdən sonra Konqoya səfərini yekunlaşdırıb. Bu müddətdə Buniada 60 çarpayılıq yeni müalicə mərkəzi istifadəyə verilib və peyvənd sınaqlarına başlanılıb.Hökumət sözçüsü Patrik Muyaya isə bildirib ki, əvvəlcə humanitar reyslər istisna olmaqla bağlanan Bunia hava limanı, uçuş və gəlişlərdə quraşdırılan monitorinq sistemlərindən sonra, yardım və tibbi ləvazimatların çatdırılmasını asanlaşdırmaq üçün yenidən fəaliyyətə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Next Article

Qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran Ukraynaya etiraz etdi: Tehrandakı diplomat XİN-ə çağırıldı

Aysel Əlibəyli 26 İyul 2026 · 02:04 1078 baxış İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək Xəzər dənizində baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi etirazını çatdırıb. Elpress.az xəbər verir […]