--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İran və Rusiya XİN rəhbərləri mühüm məsələləri müzakirə etdi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:42 1114 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər İslamabad memorandumunun detalları, onun icrası ilə bağlı məsələlər, eləcə də regional və ikitərəfli əlaqələrin gündəmində olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.Abbas Əraqçi söhbət zamanı memorandumun əsas müddəaları barədə Sergey Lavrova məlumat verib. İranlı nazir sənəddə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsində ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb. O, həmçinin Livana qarşı hücumların tam şəkildə dayandırılmasının və bölgədə gərginliyin azaldılmasının vacibliyini qeyd edib.Sergey Lavrov isə memorandum mətninin yekunlaşdırılmasını müsbət qiymətləndirərək, Rusiyanın sənədin müddəalarının həyata keçirilməsini dəstəklədiyini bildirib. Rusiya XİN rəhbəri razılaşmanın regional sabitliyə töhfə verəcəyinə ümid etdiyini ifadə edib.Danışıqlar zamanı tərəflər beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının memorandumun icrasına dəstək göstərməsinin əhəmiyyətini də vurğulayıblar. Həmçinin region ölkələri arasında dialoqun, diplomatik əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyükşorda ağır qəza

Next Article

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:06 1038 baxış Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ABŞ humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə genişmiqyaslı hərbi qüvvə cəlb edib. Elpress.az xəbər verir ki, ABŞ Müdafiə […]

NASA astronavtları Türkiyədə təlim keçdi

Aysel Əlibəyli 04 İyun 2026 · 14:15 1113 baxış Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın açıqlamasına görə, MIYOKA layihəsi çərçivəsində NASA-nın 5 astronavtı əməliyyat hazırlıq mərhələsində “TÜBİTAK UZAY” mütəxəssislərinin birbaşa iştirakı ilə keçirilən […]

Britaniya Rusiyanın neft tankerini saxladı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:49 1056 baxış Britaniya La-Manşda Rusiyanın “kölgə donanması” tankerini saxladı Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları La-Manş boğazında Rusiya ilə əlaqələndirilən “SMYRTOS” adlı neft […]