Tehran mümkün hücumlara qarşı genişmiqyaslı cavab planının hazır olduğunu açıqlayıb
Elpress.az xəbər verir ki, İranın ABŞ və İsrail tərəfindən mümkün hücumlara cavab vermək üçün genişmiqyaslı plan hazırladığı bildirilib.İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi “Tasnim” agentliyinə açıqlamasında ABŞ mediasında ölkənin infrastrukturuna mümkün zərbələrlə bağlı yayılan məlumatları “ağılsızlıq” adlandırıb.Rəsminin sözlərinə görə, hazırlanmış cavab planına İsrailin həyati əhəmiyyətli infrastrukturu və ABŞ-ın regiondakı enerji obyektləri daxildir. O, İranın belə bir ssenariyə hazır olduğunu bildirib.Rəsmi həmçinin İran Silahlı Qüvvələrinin əvvəlki qarşıdurmalar və son həftələrdə baş verən hadisələr zamanı cavab tədbirləri həyata keçirmək imkanına və iradəsinə malik olduğunu nümayiş etdirdiyini vurğulayıb.


