--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İran ABŞ hərbi bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək

Aysel Əlibəyli 17 Avqust 2026 · 09:51 1062 baxış

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının əvvəlki vəziyyətinə qayıtmasına icazə verməyəcəyini açıqlayıb.

Elpress.az xəbər verir ki, bu barədə İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi “Tasnim” agentliyinə açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ hərbi bazalarının əvvəlki fəaliyyət rejiminə qayıtması mümkün deyil və İran buna yol verməyəcək.

General-leytenant qeyd edib ki, ABŞ artıq Hörmüz boğazından kənarlaşdırılıb. O, həmçinin Vaşinqtonun Fars körfəzi, Oman dənizi və Hörmüz boğazına daxil olmasına icazə verilmədiyini bildirib.Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bölgədə gərginlik artıb. Tərəflər arasında əldə olunan razılaşmalara baxmayaraq, sonrakı mərhələdə qarşılıqlı ittihamlar davam edib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai isə daha əvvəl İran və Oman arasında Hörmüz boğazından keçən yeni marşrutla bağlı koordinasiyanın aparıldığını açıqlayıb. O, boğazın açılmasının ABŞ-ın bölgədəki addımlarından asılı olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Qayıdış davam edir: daha 142 nəfər doğma yurduna köçürüldü

Next Article

General-mayor Abbasəli Novruzov dəfn olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DÇ azarkeş zonasına atəş açıldı

Aysel Əlibəyli 29 İyun 2026 · 13:04 1146 baxış ABŞ-də dünya çempionatı həyəcanı faciə ilə bitdi: azarkeş zonasında atışma baş verdi Elpress.az-ın məlumatına əsasən, ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün yaradılan azarkeş zonasında atışma baş […]

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:15 1060 baxış Qara dənizdə PUA hücumuna məruz qalaraq zədələnən tanker Türkiyənin Samsun vilayətində sahilə çıxıb. Elpress.az xəbər verir ki, Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə […]

Avropa səmasında böhran təhlükəsi: IATA-dan kritik açıqlama

Aysel Əlibəyli 06 İyun 2026 · 17:56 1202 baxış Avropada tətbiqi nəzərdə tutulan yeni sərhəd nəzarət sistemi hava nəqliyyatında ciddi problemlər yarada bilər. Elpress.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional […]