--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Husilər Səudiyyə Ərəbistanına hücum edib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:37 1052 baxış

Enerji obyektlərində yanğınlar baş verib, 73 nəfərin yaralandığı bildirilir

Elpress.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən bir sıra enerji və iqtisadi obyektlərə hücumlar həyata keçirib.Sentyabrın 8-də səhər saatlarında baş verən hücumlar nəticəsində bəzi obyektlərdə yanğınlar qeydə alınıb və onların fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Xüsusi xidmətlər və operativ qruplar yanğınların söndürülməsi, obyektlərin təhlükəsizliyinin təmin edilməsi və ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görür.Hücumlar nəticəsində yaralananların olduğu açıqlanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Turki əl-Maliki bildirib ki, Əbhə, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərin hədəfə alınması nəticəsində qadın və uşaqların da daxil olduğu 73 mülki şəxs yaralanıb.Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hücumları pisləyərək, Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumların beynəlxalq dəniz daşımalarının təhlükəsizliyinə və azadlığına ciddi təhdid yaratdığını bildirib.Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin suverenliyinin və əhalinin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Next Article

Bakıda beynəlxalq etik haker konfransı keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərdoğanın Suriyaya səfərinə hazırlıq görülür

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:02 1090 baxış Hakan Fidan: Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır.Türkiyənin xarici işlər naziri Hakan […]

Paşinyan hökuməti istefa verdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:28 1088 baxış Ermənistanda parlamentin ilk iclası günü Konstitusiya tələbinə əsasən nazirlər kabineti buraxıldı Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət rəsmən […]

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 12:28 1078 baxış ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin doğum günü münasibətilə ona təbrik göndərməyib. Elpress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Onun […]