Himlunq-Himal ərazisində düşərgəyə uçqun düşüb
Elpress.az xəbər verir ki, Himalay dağlarının Himlunq-Himal dağı ərazisində düşərgələrdən birinin üzərinə uçqun düşüb. Hadisə nəticəsində ən azı 14 Nepal vətəndaşının itkin düşdüyü bildirilir.İtkin düşənlərin ekspedisiya qrupunda çalışan bələdçilər və xidmət personalı olduğu qeyd edilir. Onlarla əlaqə bazar günü səhər saatlarından kəsilib.Hadisə zamanı düşərgədə xarici turistlərin olmadığı bildirilir. Məlumata görə, turistlərin əraziyə hadisədən bir neçə gün sonra, təxminən 5-6 gün ərzində çatması gözlənilirdi.Əlverişsiz hava şəraiti axtarış-xilasetmə işlərinin aparılmasını çətinləşdirir. Xilasetmə məqsədilə helikopterlər Katmandu və Poxarada hazır vəziyyətdə saxlanılır, lakin hava şəraitinə görə onların uçuş həyata keçirməsi hələ mümkün olmayıb.


