--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Günəş tutulması İspaniyanı qaranlığa bürüdü

Aysel Əlibəyli 13 Avqust 2026 · 12:34 1060 baxış

12 avqust 2026-cı ildə İspaniyada nadir astronomik hadisə baş verib. Tam Günəş tutulması ölkənin bir sıra ərazilərindən aydın şəkildə müşahidə olunub.

Elpress.az xəbər verir ki, Hadisə zamanı Ay Günəşlə Yer arasından keçərək Günəşin diskini tamamilə örtüb. Nəticədə tutulmanın tam müşahidə olunduğu ərazilərdə gündüz saatlarında qısa müddətlik qaranlıq yaranıb və səma üzərində Günəşin parlaq tacı görünüb.

Tam tutulmanın bəzi bölgələrdə təxminən iki dəqiqə davam etdiyi bildirilib. Xüsusilə İspaniyanın müxtəlif ərazilərində hadisəni izləmək üçün çox sayda insan küçələrə çıxıb və nadir anları kameralarla qeydə alıb.Günəş tutulması zamanı temperaturun aşağı düşməsi və ətraf mühitin qısa müddət ərzində dəyişməsi də müşahidə olunub.

Hadisə astronomiya həvəskarları ilə yanaşı, adi vətəndaşların da böyük marağına səbəb olub.

Qeyd edək ki, İberiya yarımadasında bundan əvvəl tam Günəş tutulması uzun illər əvvəl müşahidə olunub. 12 avqustda baş verən tutulma isə regionda uzun müddətdən sonra müşahidə edilən ən diqqətçəkən astronomik hadisələrdən biri kimi qiymətləndirilir.

Mütəxəssislər Günəş tutulmasına adi gözlə birbaşa baxmağın gözlər üçün təhlükəli olduğunu bildirirlər. Belə hadisələri yalnız xüsusi qoruyucu eynəklərdən istifadə etməklə izləmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda sərnişin avtobusu alovlandı

Next Article

Azərbaycanda meteor yağışı müşahidə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Berlində texnoparad zamanı 50 nəfər xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:41 1044 baxış Berlində keçirilən “Rave The Planet” texnoparadında onminlərlə insan iştirak edib. Elpress.az xəbər verir ki, avqustun 15-də baş tutan tədbir zamanı müxtəlif səbəblərdən 50 nəfərin xəstəxanaya çatdırıldığı […]

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Aysel Əlibəyli 29 İyun 2026 · 13:39 1150 baxış Elpress.az “UNIAN”a istinadən xəbər verir ki, Rusiya ordusu səhər saatlarında Ukraynanın Dnepr şəhərinə ballistik raketlə zərbə endirib. Məlumata görə, hücum nəticəsində azı 4 nəfər həyatını itirib, […]

Şimali Koreya nüvə arsenalını daha da genişləndirir

Aysel Əlibəyli 08 İyun 2026 · 20:19 1118 baxış Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə arsenalını “eksponensial sürətlə” genişləndirmək planlarını açıqlayıb. Elpress.az-ın məlumatına əsasən, Onun açıqlaması Çin Xalq Respublikasının sədri Si Cinpinin 2019-cu […]