--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ficidə böyük qalmaqal: Məhkəmə sübutu kimi saxlanılan kokain unla əvəzlənib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 09:05 1088 baxış

Elpress.az xəbər verir ki, Sakit okeanda yerləşən Ficidə məhkəmə sübutu kimi saxlanılan kokainlə bağlı diqqətçəkən hadisə baş verib.


Məlumata görə, polis 2019-cu ildə keçirdiyi əməliyyat zamanı ümumilikdə 39 paket kokain müsadirə edib. Hər bir paketin çəkisinin təxminən 1 kiloqram olduğu bildirilib.
Narkotik maddələr məhkəmə sübutu kimi paytaxt Suvadakı Ali Məhkəmənin anbarında saxlanılıb. Lakin bu ilin əvvəlində paketlərdən yeddisinin yoxa çıxması araşdırmaya səbəb olub.
İstintaq zamanı anbarda qalan digər paketlər də yenidən ekspertizadan keçirilib. Araşdırmanın nəticəsində məlum olub ki, paketlərin içərisində kokain əvəzinə un var.
Maraqlıdır ki, yeddi il əvvəl aparılan ilkin yoxlama zamanı həmin maddələrin kokain olduğu təsdiqlənmişdi. Son ekspertiza isə paketlərin heç birində narkotik maddə aşkar etməyib.
Hazırda əsas sual məhkəmə sübutu kimi qorunan 39 paket narkotikin necə dəyişdirilməsi və bu prosesdə kimlərin iştirak etməsidir. Araşdırma çərçivəsində narkotiklərin mühafizə olunan anbardan hansı şəraitdə çıxarıldığı müəyyənləşdirilir.
Fici və Tonqa kimi Sakit okean adalarının Latın Amerikasından Avstraliyaya narkotik daşınması marşrutlarının üzərində yerləşdiyi bildirilir. Son illərdə həmin istiqamətdə metamfetamin qaçaqmalçılığının da artdığı qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ombudsmanın maaşı 12 min manat oldu

Next Article

Kəlbəcərin tarixi və mədəni irsi qızıl və gümüş sikkələrdə əks olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 1126 baxış ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq […]

Pezeşkian gələn həftə Moskvaya səfər edəcək

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 08:53 1044 baxış İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və regional məsələlər əsas müzakirə mövzuları olacaq. Elpress.az xəbər verir ki, səfərlə bağlı məlumatı İranın xarici […]

İstanbulda 6 mərtəbəli bina çökdü – dağıntılar altında qalanlar var

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 08:44 1074 baxış Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub. Elpress.az xəbər verir ki, hadisə şəhərin Maltepe rayonunun Cevizli məhəlləsində baş verib. Altımərtəbəli […]

ABŞ İsrailə İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:51 1078 baxış Vaşinqton İsraili İranla bağlı birtərəfli hərbi addımdan çəkinməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İsrailə İranla bağlı xəbərdarlıq etdiyi bildirilir.“Əl-Hədəs” telekanalının mənbələrə istinadən yaydığı məlumata […]