--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 62 baxış

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq səviyyədə əlavə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) modelləşdirmə proqnozlarına əsasən, təcili və effektiv müdaxilə tədbirləri görülməzsə, Mərkəzi Afrikada Ebola virusuna yoluxma hallarının 10–20 min nəfərə qədər yüksələ biləcəyi ehtimal olunur. Mütəxəssislər hazırkı epidemioloji vəziyyətin 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 28 mindən çox yoluxma, 11 mindən artıq ölüm ilə nəticələnmiş Ebola epidemiyasına oxşarlıq göstərdiyini bildirirlər.Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, indiyədək regionda təxminən 400 yoluxma və 63 ölüm faktı qeydə alınıb, epidemiyanın isə “Bundibugyo” ştamı ilə əlaqəli olduğu müəyyən edilib. Bildirilir ki, bu virus növünə qarşı hələlik təsdiqlənmiş spesifik peyvənd və ya müalicə vasitəsi mövcud deyil.Eyni zamanda, Konqoda davam edən silahlı qarşıdurmalar və genişmiqyaslı əhali köçləri virusun yayılmasının qarşısının alınmasını daha da çətinləşdirir. Mütəxəssislər yoluxmuş şəxslərin vaxtında aşkarlanaraq təcrid olunmasının və nəzarət tədbirlərinin gücləndirilməsinin epidemiya ilə mübarizədə həlledici rol oynadığını vurğulayırlar.Alimlər proqnozların müəyyən qədər qeyri-müəyyənlik ehtiva etdiyini qeyd etsələr də, mövcud vəziyyətin ciddi təhlükə yaratdığını və təxirəsalınmaz, koordinasiyalı tədbirlərə ehtiyac olduğunu xüsusi olaraq diqqətə çatdırırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhid İlqar Hümbətov xatirəsinə həsr olunan cüdo turniri start götürdü

Next Article

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Aysel Əlibəyli 19 İyun 2026 · 18:41 92 baxış İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 47 nəfərə çatıb. Elpress.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, hücumlar zamanı […]

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 122 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]

Tramp: İran nüvə silahından imtina etməyə razılaşıb

Aysel Əlibəyli 03 İyun 2026 · 15:13 128 baxış ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı razılığın əldə olunduğunu bildirib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Tramp bu barədə “Pod Force […]