--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Qara dənizdə gəmi dron hücumuna məruz qalıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:59 1062 baxış

Hücum nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, daha iki nəfər yaralanıb

Elpress.az xəbər verir ki, Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu xarici yük gəmisinə dronlarla hücum edilib. Hadisə nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, iki nəfər isə xəsarət alıb.Məlumata görə, hadisə zamanı Aslan Əliyev və Asim Qasımov həyatını itirib. İmran Novruzov və Rauf Əliyev isə yaralanıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərində yerləşən xəstəxanaya çatdırılıb və hazırda tibbi yardım alırlar.Məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır. Yaralıların müalicədən sonra Azərbaycana qaytarılması, onlara lazımi konsulluq dəstəyinin göstərilməsi və həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.Azərbaycan tərəfi həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. Vətəndaşlara hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən, eləcə də bu marşrutlarda fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinmək tövsiyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan üçün gömrük güzəştləri səsverməyə çıxarılır

Next Article

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oğuzda yol qəzası: 2 nəfər yaralanıb

Aysel Əlibəyli 30 May 2026 · 12:35 1222 baxış Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Elpress.az Azərtac.az – […]

9-cu mikrorayonda yaşayış binası alova büründü

Aysel Əlibəyli 07 İyun 2026 · 16:57 1200 baxış Bakının Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Elpress.az xəbər verirki Hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon […]