--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Çində tayfun səbəbilə 270 min nəfər təxliyə olunub

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:40 1056 baxış

“Saudel” tayfunu Cıcian əyalətində güclü külək və yağışa səbəb olub

Elpress.az xəbər verir ki, Çinin Cıcian əyalətində “Saudel” tayfununun yaratdığı təhlükə ilə əlaqədar təxminən 270 min sakin təhlükəsiz ərazilərə köçürülüb.Əyalət hökumətinin məlumatına əsasən, ilin 18-ci tayfunu yerli vaxtla səhər saatlarında Yuhuan şəhərinin sahillərinə çatıb. Təbii fəlakət güclü külək və intensiv yağıntılarla müşayiət olunub. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 35 metrə çatıb. Təxminən bir saat sonra “Saudel” Vencou şəhərinin sahillərinə yaxınlaşıb.Təhlükənin qarşısının alınması məqsədilə əyalətdə bir gün əvvəl ən yüksək səviyyəli fövqəladə hazırlıq rejimi tətbiq edilib. Dənizdə olan qayıqlar sahilə qaytarılıb.Bildirilib ki, avqustun 27-dən etibarən 80 mindən çox mülki müdafiə əməkdaşı və 80 texnika mümkün fövqəladə hallara müdaxilə üçün hazırlıq vəziyyətində saxlanılıb.Milli Meteorologiya Mərkəzinin proqnozuna görə, tayfun saatda 20-25 kilometr sürətlə cənub-qərb istiqamətində irəliləyəcək və zaman keçdikcə gücünü itirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransada evsiz uşaqların sayı artır

Next Article

AQTA və DMA peşə hazırlığı layihəsini müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İtaliya qırıcısı Latviyada PUA-nı vurub

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:08 1060 baxış Latviya hava məkanını pozan Ukrayna PUA-sı İtaliya qırıcısı tərəfindən vurulub Elpress.az xəbər verir ki, Latviyanın hava məkanına daxil olan və böyük ehtimalla Ukraynaya məxsus olduğu bildirilən […]

NASA-dan 70 min dollarlıq “Mars” təklifi

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:50 1072 baxış ABŞ aeronavtika agentliyi Yer kürəsində 1 illik “Mars simulyasiyası” üçün 4 namizəd axtarır Elpress.az xəbər verir ki, NASA gələcəkdə Ay və Marsa planlaşdırılan uzunmüddətli kosmik ekspedisiyalara […]

Tailandda məktəbdə atışma: Ölənlərin sayı 7 nəfərə çatdı

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:08 1068 baxış Tailandın Nontaburi əyalətində məktəbə silahlı hücum nəticəsində həlak olanların və yaralananların sayısı artıb Elpress.az xəbər verir ki, Tailandın Nontaburi əyalətində yerləşən məktəblərdən birində silahlı atışma baş […]

Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:45 1072 baxış Təhlükəsizlik Şurasının katibi ölkənin enerji təchizatında alternativ mənbələrə yönələcəyini bildirib Elpress.az xəbər verir ki, Ermənistan bir qaz kəmərindən və tək bir tərəfin qərarından asılı vəziyyətdə qalmaq […]