--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Trampın layihələrinə 800 milyon dollardan çox ianə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:48 1092 baxış

ABŞ-ın iri şirkətləri Trampın qeyri-kommersiya layihələrinə yüz milyonlarla dollar ayırıb

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qeyri-kommersiya təşəbbüsləri üçün ölkənin böyük şirkətlərindən 800 milyon dollardan artıq maliyyə vəsaiti cəlb edildiyi bildirilir.“The Wall Street Journal”ın məlumatına görə, ianələrin toplanmasını “Trump Media” şirkətinin direktorlar şurasının üzvü Meredit O`Rurk həyata keçirir.Layihələrə maliyyə dəstəyi verən şirkətlər arasında “SoftBank”, “Apple”, “Microsoft”, “Amazon” və “Meta” da yer alır. Bildirilir ki, “SoftBank” Trampın prezident kitabxanasının yaradılmasına 50 milyon dollardan çox vəsait ayırıb.“Apple”ın Ağ Evdə tikilməsi planlaşdırılan bal zalına təxminən 25 milyon dollar, “Microsoft” və “Amazon”un isə hər birinin təxminən 15 milyon dollar maliyyə dəstəyi verdiyi qeyd olunur. “Meta”nın da Trampın təşəbbüslərinə on milyonlarla dollar ayırdığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İtaliya futbolunun əfsanəsi vəfat etdi

Next Article

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sankt-Peterburqda tarixi malikanədə güclü yanğın baş verib

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 05:21 1094 baxış Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yerləşən tarixi binalardan birində yanğın baş verib. Alov İsakiyevskaya meydanında yerləşən Miller malikanəsini əhatə edib. Elpress.az xəbər verir ki, yanğının söndürülməsi üçün […]

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 1122 baxış Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib. Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin […]

ABŞ-İsrail arasında casusluq böhranı

Aysel Əlibəyli 07 İyun 2026 · 13:06 1196 baxış ABŞ və İsrail arasında kəşfiyyat sahəsində gərginlik yaşandığı ilə bağlı iddialar gündəmə gəlib. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail tərəfindən ABŞ-yə qarşı casusluq fəaliyyətinin artmasından […]