--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Almaniyada “aclıq daşları” üzə çıxdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:16 1038 baxış

Anomal istilər çayları qurudur: Almaniyada su səviyyəsi kritik həddə düşüb

Elpress.az xəbər verir ki, Almaniyanın Saksoniya torpağında havaların həddindən artıq isti keçməsi çaylarda suyun səviyyəsinin kəskin azalmasına səbəb olub.Suyun çəkilməsi nəticəsində çay yataqlarında əvvəlki quraqlıq dövrlərindən qalan və “aclıq daşları” kimi tanınan nişanlı daşlar yenidən görünməyə başlayıb. Bu daşların üzərində müxtəlif illərdə baş vermiş quraqlıqların izləri və tarixləri qeyd olunub.Mütəxəssislər belə daşların üzə çıxmasını quraqlığın ciddi həddə çatmasının göstəricilərindən biri hesab edir və vəziyyətin gələcəkdə məhsul qıtlığı riskini artıracağından narahatlıq bildirirlər.Elba çayında aşkar olunan daşlardan birinin üzərində son üç əsrdə baş vermiş quraqlıq illərinin tarixlərinin həkk olunduğu qeyd edilir. Oxşar mənzərənin Reyn, Şpree və Dunay çaylarında da müşahidə olunduğu bildirilir.Düsseldorf yaxınlığında Reyn çayında suyun səviyyəsinin 14 santimetrə qədər enərək rekord göstəriciyə çatdığı açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Patriot” istehsalçıları Ukrayna lisenziyasından narahatdır

Next Article

Kosovoda deputat Baş nazirə yumurta atdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda sərt xətt ABŞ ilə razılaşmanı pozmağa cəhd edir

Aysel Əlibəyli 30 May 2026 · 17:36 1172 baxış İranda siyasi mübarizə davam edir, sərt xətt tərəfdarlarının kiçik, lakin səs-küylü bir qrupunun danışıqları pozmaq məqsədilə mitinqlərdən, dövlət mediasından, həmçinin müxtəlif özəl və ictimai bəyanatlardan fəal […]

D’Artanyanın qalıqları ilə bağlı yeni iddia

Aysel Əlibəyli 02 İyul 2026 · 18:11 1084 baxış Niderlandda aparılan araşdırmalar zamanı məşhur fransız muşketyoru d’Artanyana aid olduğu ehtimal edilən skelet qalıqları yenidən müzakirə mövzusuna çevrilib. Elpress.az xəbər verir ki, Niderlandın Maastrixt şəhərində yerləşən […]

Cənubi Filippin silkələndi: 7,8 bal

Aysel Əlibəyli 08 İyun 2026 · 19:42 1090 baxış Filippində 7,8 bal gücündə güclü zəlzələ baş verib: Ölənlərin sayı 32-yə çatıb, yaralıların və dağıntılar altında qalanların olduğu bildirilir, xilasetmə və axtarış işləri bölgədə fasiləsiz şəkildə […]