--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kosovoda deputat Baş nazirə yumurta atdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:18 1050 baxış

Müxalifət deputatının etirazından sonra Kosovo parlamentində iclas dayandırılıb

Elpress.az xəbər verir ki, Kosovo parlamentində siyasi gərginlik yaşanıb. Müxalifət deputatı Time Kadriyay Baş nazir Albin Kurtinin çıxışı zamanı ona yumurta ataraq etirazını bildirib.Hadisə yeni parlament rəhbərliyinin seçilməsi üçün keçirilən iclas zamanı baş verib. Kurti çıxışında hökumətin formalaşdırılması ilə bağlı digər siyasi qüvvələrlə danışıqların davam etdiyini və proses üçün əlavə vaxta ehtiyac olduğunu açıqlayıb.Baş nazirin parlament sədrliyinə namizəd təqdim etməməsi müxalifətin narazılığına səbəb olub. Bundan sonra “Kosovonun Gələcəyi üçün İttifaq” partiyasının deputatı Time Kadriyay Kurtiyə yaxınlaşaraq çantasından çıxardığı yumurtaları ona atıb.Hadisədən sonra parlamentdə deputatlar arasında qısa qarşıdurma yaşanıb və iclas təxirə salınıb.Kosovoda son 18 ay ərzində üç dəfə parlament seçkilərinin keçirildiyi qeyd olunur. Siyasi böhranın davam edəcəyi təqdirdə növbədənkənar seçkilərin yenidən gündəmə gəlməsi mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Almaniyada “aclıq daşları” üzə çıxdı

Next Article

Azərbaycan cüdoçuları 7 medala sahib oldular

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Ermənistana qazı kəsə bilər

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 12:19 1104 baxış Moskva İrəvana qaz tədarükünün dayandırılması ilə bağlı şərtlər irəli sürüb Elpress.az xəbər verir ki, Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü tam dayandıra bilər.Məlumata görə, Moskva […]