Rusiyanın Krasnodar diyarının Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində insan tələfatı qeydə alınıb.
Elpress.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.Onun sözlərinə görə, hücum nəticəsində bir neçə nəfər həyatını itirib. Daha bir nəfər ağır xəsarət alıb və tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına yerləşdirilib.Qubernator həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, yaralanan şəxsin müalicəsinin həkimlərin nəzarətində olduğunu bildirib.
Veniamin Kondratyev Severski rayonunun rəhbəri Aleksey Çeverevə zərərçəkən şəxsə və həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsi ilə bağlı tapşırıq verib.


