--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ və Kanada yeni ticarət razılaşması əldə edə bilməyib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:27 1050 baxış

Danışıqlarda razılıq əldə olunmayıb, Kanada ABŞ tariflərinə cavab verəcəyini açıqlayıb

Elpress.az xəbər verir ki, ABŞ və Kanada arasında yeni ticarət razılaşması üzrə aparılan danışıqlar nəticəsiz başa çatıb.Razılaşmanın əldə olunmaması fonunda Kanadanın bəzi məhsullarına, o cümlədən pivə və pendirə ABŞ tərəfindən 50 faizlik gömrük tariflərinin tətbiqinin başlanacağı bildirilib.ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Kanadanın Vaşinqtonla birgə razılaşma əldə etmək imkanını əldən verdiyini deyib. Onun sözlərinə görə, ABŞ tərəfindən təklif olunan razılaşma Kanadaya Amerika bazarına çıxış baxımından təqdim edilən ən əlverişli variant olub.Kanadanın Baş naziri Mark Karni isə danışıqların son mərhələsində ABŞ tərəfindən yeni dəyişikliklərin irəli sürüldüyünü bildirib. O, bu addımları ədalətsiz və iqtisadi baxımdan əsassız adlandıraraq, onların mümkün razılaşmanın etibarlılığı ilə bağlı suallar yaratdığını vurğulayıb.Karni ABŞ tərəfindən təzyiq göstəriləcəyi təqdirdə Kanadanın cavab tədbirləri görəcəyini açıqlayıb. Baş nazir ölkəsinin işçilərini və kommersiya sektorunu qorumaq məqsədilə “dollara dollar” prinsipi əsasında qarşılıq verəcəyini bildirib.O əlavə edib ki, Vaşinqtonla danışıqlarda əldə olunan mövcud irəliləyiş Kanada hökumətinin qarşıya qoyduğu məqsədlərə çatması üçün kifayət etmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Next Article

Xalq artisti Simarə İmanova yeni imici ilə gündəmdə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaporojyeyə zərbə: ölən və yaralananlar var

Aysel Əlibəyli 20 İyun 2026 · 20:10 1142 baxış Zaporojyeyə endirilən idarəolunan bomba zərbələri nəticəsində ölən və yaralananlar qeydə alınıb. Rusiya tərəfindən Zaporojye bölgəsinə doqquz idarəolunan bomba zərbəsi endirilib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, […]