--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ və Kanada yeni ticarət razılaşması əldə edə bilməyib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:27 1052 baxış

Danışıqlarda razılıq əldə olunmayıb, Kanada ABŞ tariflərinə cavab verəcəyini açıqlayıb

Elpress.az xəbər verir ki, ABŞ və Kanada arasında yeni ticarət razılaşması üzrə aparılan danışıqlar nəticəsiz başa çatıb.Razılaşmanın əldə olunmaması fonunda Kanadanın bəzi məhsullarına, o cümlədən pivə və pendirə ABŞ tərəfindən 50 faizlik gömrük tariflərinin tətbiqinin başlanacağı bildirilib.ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Kanadanın Vaşinqtonla birgə razılaşma əldə etmək imkanını əldən verdiyini deyib. Onun sözlərinə görə, ABŞ tərəfindən təklif olunan razılaşma Kanadaya Amerika bazarına çıxış baxımından təqdim edilən ən əlverişli variant olub.Kanadanın Baş naziri Mark Karni isə danışıqların son mərhələsində ABŞ tərəfindən yeni dəyişikliklərin irəli sürüldüyünü bildirib. O, bu addımları ədalətsiz və iqtisadi baxımdan əsassız adlandıraraq, onların mümkün razılaşmanın etibarlılığı ilə bağlı suallar yaratdığını vurğulayıb.Karni ABŞ tərəfindən təzyiq göstəriləcəyi təqdirdə Kanadanın cavab tədbirləri görəcəyini açıqlayıb. Baş nazir ölkəsinin işçilərini və kommersiya sektorunu qorumaq məqsədilə “dollara dollar” prinsipi əsasında qarşılıq verəcəyini bildirib.O əlavə edib ki, Vaşinqtonla danışıqlarda əldə olunan mövcud irəliləyiş Kanada hökumətinin qarşıya qoyduğu məqsədlərə çatması üçün kifayət etmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Next Article

Xalq artisti Simarə İmanova yeni imici ilə gündəmdə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Çin-Nepal sərhədində daşqın: 17 nəfər ölüb

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:46 1066 baxış Daşqın sərhəd-keçid məntəqəsini dağıdıb, yüzlərlə insan yaralanıb Elpress.az xəbər verir ki, Nepalda baş verən güclü daşqınlar Çinlə sərhəddə yerləşən Rasuva bölgəsinə ciddi ziyan vurub. Təbii fəlakət […]

Moskvanın əsas aeroportlarında uçuşlara məhdudiyyət qoyuldu

Aysel Əlibəyli 22 İyun 2026 · 15:06 1174 baxış Rusiyanın paytaxtı Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi […]

Norveçdə böyük yanğın baş verib

Aysel Əlibəyli 19 İyul 2026 · 17:03 1120 baxış Norveçdə İkinci Dünya müharibəsindən bəri ən böyük yanğın qeydə alınıb Elpress.az xəbər verir ki, Norveçdə İkinci Dünya müharibəsindən sonra ən böyük yanğın baş verib.Oslo şəhərindən təxminən […]

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:35 1058 baxış Zaporojye Atom Elektrik Stansiyası bir həftədən çoxdur xarici enerji təchizatından məhrumdur Elpress.az xəbər verir ki, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təchizatı ilə bağlı vəziyyət narahatlıq […]