--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Aysel Əlibəyli 02 İyul 2026 · 16:11 38 baxış

Elpress.az xəbər verir ki, ABŞ ilə İran arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, danışıqların gündəmində tərəflər arasında qarşılıqlı öhdəliklərin icrası, xüsusilə də İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin taleyi əsas müzakirə mövzularından biri olacaq. Bildirilir ki, bu vəsaitlərin istifadəsi ilə bağlı hər hansı qərar yalnız Tehranın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi və bunun praktik addımlarla təsdiqlənməsindən sonra mümkün hesab edilir.

Qeyd olunur ki, bu öhdəliklər sırasında Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması da xüsusi yer tutur.

Bununla yanaşı, İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı ABŞ-ın Hörmüz boğazının hava məkanında hərbi mövcudluğunu davam etdirməsini regionun təhlükəsizliyi üçün risk kimi qiymətləndirib.

Rəsmi bəyanatda vurğulanıb ki, ABŞ tərəfindən boğaz ətrafında atılacaq istənilən addıma operativ və qətiyyətli cavab veriləcək. Həmçinin qeyd edilib ki, Hörmüz boğazından keçən bütün gəmilər İranın müəyyən etdiyi dəniz marşrutlarına riayət etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Next Article

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İflas edən aviaşirkətin təyyarələri səhrada saxlanılır

Aysel Əlibəyli 05 İyul 2026 · 19:49 34 baxış ABŞ-nin fəaliyyətini dayandıran aşağıbüdcəli “Spirit Airlines” aviaşirkətinə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarına yerləşdirilib. Elpress.az xəbər verir ki, ABŞ-nin aşağıbüdcəli aviaşirkəti “Spirit Airlines” fəaliyyətini […]

Qəzza üzrə gizli diplomatiya: Türkiyə nümayəndəsi Qahirədə

Aysel Əlibəyli 08 İyun 2026 · 19:31 52 baxış Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib və Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi istiqamətində aparılan səylər çərçivəsində Fələstin qruplarının […]

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 20 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]