--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Atəşkəs rəsmiləşdi: “Hizbullah”dan açıqlama

Aysel Əlibəyli 02 İyun 2026 · 00:25 1130 baxış

Livanın “Hizbullah” hərəkatı ABŞ-nin təşəbbüsü ilə irəli sürülən və İsraillə qarşılıqlı atəşkəsi nəzərdə tutan təklifə razılıq verdiyini açıqlayıb.

Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bunu hərəkatın parlament fraksiyasının deputatı Həsən Fədlallah “Lebanon Debate” nəşrinə müsahibəsində bildirib.Onun sözlərinə görə, İsrail razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə, “Hizbullah” Livanın bütün ərazisini əhatə edən tam və hərtərəfli atəşkəsi dəstəkləyəcək.Xatırladaq ki, iyunun 1-də ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benjamin Netanyahu və “Hizbullah” rəhbərliyi ilə razılaşdırılmış atəşkəs barədə məlumat vermişdi.Təklif olunan mexanizmə əsasən, İsrail Beyrutun cənub ətraflarına hava zərbələrini dayandırmalı, “Hizbullah” isə İsrailə qarşı hücumlardan çəkinməlidir. Növbəti mərhələdə atəşkəs rejiminin bütün Livan ərazisinə şamil olunması nəzərdə tutulur.Qeyd edək ki, regionda diplomatik təmasların intensivləşdiyi bir vaxtda İran da ABŞ ilə danışıqların bərpası üçün öz şərtlərini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SOCAR və “ExxonMobil” əməkdaşlığı müzakirə etdi

Next Article

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 1166 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]

Netanyahu İrana zərbə ilə bağlı açıqlama verib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:50 1048 baxış İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-ın razılığı olmadan İrana zərbə endirməyəcəyini bildirib. Elpress.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla […]

Rusiyada dron zavodunun direktoruna sui-qəsd edilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:55 1036 baxış FPV-dron istehsalçısına sui-qəsd: Rusiyada “Uraldronzavod”un baş direktoru avtomobilinin partladılması nəticəsində ağır yaralandı Elpress.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində FPV tipli “Upır” pilotsuz uçuş aparatlarını istehsal […]