--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda Pediatriya Mərkəzinin yerləşdirilməsi ilə bağlı iddialara TƏBİB-dən münasibət

Aysel Əlibəyli 05 Avqust 2026 · 19:49 1050 baxış

Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq Xəstəxanasının gələcəyi ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, əsas binada təmir işlərinin başa çatmasına baxmayaraq, tibb işçilərinin öz əvvəlki iş yerlərinə qayıda bilməyəcəyi ilə bağlı iddialar gündəmdədir.

Məlumata görə, son 4-5 ildə yararsız vəziyyətdə olan 6 saylı Uşaq Xəstəxanasının binasında müvəqqəti fəaliyyət göstərən həkimlər təmirdən sonra əvvəlki binalarına qayıdacaqlarını gözləyirdilər. Lakin təmir edilmiş binanın yeni yaradılacaq Pediatriya Mərkəzinə verilməsi ilə bağlı yayılan xəbərlər kollektiv arasında narahatlıq yaradıb.Məsələ ilə bağlı münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla qeyd edib ki, belə dəyişikliklər zamanı ilk növbədə kollektiv rəsmi şəkildə məlumatlandırılmalı, əməkdaşların taleyi nəzərə alınmalıdır.

TƏBİB-dən verilən açıqlamada isə bildirilib ki, səhiyyə xidmətlərinin optimallaşdırılması çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilir.

Qurum vurğulayıb ki, hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı yekun qərar qəbul edilməyib.Həmçinin qeyd olunub ki, gələcəkdə hər hansı qərar veriləcəyi təqdirdə, əməkdaşların peşə fəaliyyətini fasiləsiz davam etdirməsi üçün zəruri iş şəraiti yaradılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyada dron zavodunun direktoruna sui-qəsd edilib

Next Article

ABŞ-də silahlı hücum: Ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1024 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1032 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb

Aysel Əlibəyli 02 İyul 2026 · 22:18 1096 baxış Elpress.az xəbər verir ki, jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. Elnur Hidayətoğlu bu barədə sosial şəbəkə hesabında […]

Bakıda tarixi abidələrdə qanunsuz tikintinin qarşısı alınıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:46 1042 baxış Bakının bir neçə rayonunda dövlət mühafizəsində olan memarlıq abidələrində icazəsiz tikinti və yenidənqurma işləri ilə bağlı tədbir görülüb. Elpress.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən […]