--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:50 1060 baxış

Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub.

Elpress.az xəbər verir ki, yeni xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideyn, övladlığa götürən, qəyyum və ya himayəçinin notariat qaydasında təsdiqlənmiş razılığı elektron formada rəsmiləşdirilə bilər.Bu imkan xüsusilə valideynlərdən birinin prosesdə fiziki iştirak edə bilmədiyi hallarda vətəndaşlar üçün əlavə rahatlıq yaradacaq.Xidmətdən istifadə etmək üçün “mygov” platformasında “Xidmətlər” → “Ailə” bölməsinə daxil olaraq müvafiq xidmət seçilməlidir. Sistem övladlar barədə mövcud məlumatları avtomatik göstərəcək.Müraciət zamanı tələb olunan məlumatlar daxil edildikdən sonra razılıq ərizəsi notarius tərəfindən video verifikasiya vasitəsilə təsdiqlənir.

Ödəniş həyata keçirildikdən sonra ərizənin elektron formada rəsmiləşdirilməsi tamamlanır.Vətəndaşlar müraciətin statusunu “Tarixçə” bölməsindən izləyə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yük qatarının hərəkəti zamanı faciə baş verdi

Next Article

Paşinyan İlham Əliyevlə görüş üçün Bişkekə gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 19 küçə və prospektində sıxlıq var – SİYAHI

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 18:43 1050 baxış Elpress.az xəbər verir ki, hazırda Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Sıxlıq olan ərazilər: Heydər Əliyev prospekti – əsas yol, […]