--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:58 1064 baxış

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Elpress.az xəbər verir ki, mərasimlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı il hazırlıq planına uyğun olaraq avqustun 16-da müxtəlif hərbi hissələrdə təşkil olunub.Tədbirlər hərbi orkestrlərin müşayiəti ilə keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi and qəbul edərək Vətənə sadiq qalacaqlarına söz veriblər.

Mərasimlərdə çıxış edən hərbi hissə komandirləri və Müdafiə Nazirliyinin nümayəndələri əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıblar. Gənc hərbçilərə döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq, komandir-rəis heyətinin əmr və göstərişlərini vaxtında yerinə yetirmək, silah və texnikanı dərindən öyrənmək tövsiyə olunub.Andiçmə mərasimləri hərbi qulluqçuların tribunanın önündən təntənəli marşla keçidi ilə yekunlaşıb.

Mərasimdən sonra hərbi hissələrdə vətənpərvərlik ruhunda müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Misli Premyer Liqasında 2-ci turun oyun cədvəli AÇIQLANDI

Next Article

Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:59 1068 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ […]

Prezident səfir vəzifələri ilə bağlı sərəncamlar imzaladı

Aysel Əlibəyli 08 Avqust 2026 · 08:50 1060 baxış Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycanın üç ölkədəki diplomatik nümayəndəliklərinə yeni səfirlər təyin olunub. Elpress.az xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada […]