--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

1 milyon manatdan çox mənimsəmə ittihamı: hərbçilərin məhkəməsi başladı

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 14:47 1134 baxış

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmış dörd hərbçi barəsində açılmış cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib.

İş üzrə təqsirləndirilən şəxslər arasında idarənin sabiq rəisi, polkovnik Elnur Süleymanov, polkovnik-leytenant Emin Əliyev, həmçinin Məsud İbrahimov və Pərviz Abdullayev yer alır.Məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. İlk iclasda təqsirləndirilən şəxslərlə bağlı zəruri məlumatlar dəqiqləşdirilib. Prosesin media üçün qapalı keçirilməsi qərara alınıb.İttihama görə, sabiq nazirlik əməkdaşları 1 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsində suçlanırlar. İttihamlar məhkəmədə təsdiqini taparsa, təqsirləndirilən şəxslər 14 ilədək həbs cəzası ilə üzləşə bilərlər.Məhkəmə onların proses müddətində azadlıqda qalmasını da məqsədəuyğun hesab edib.Növbəti və əsas məhkəmə iclasının oktyabrın 2-də keçirilməsi planlaşdırılır.Elnur Süleymanovun adı bundan əvvəl də Müdafiə Nazirliyindəki xərclərlə bağlı hazırladığı hesabatla ictimaiyyətin diqqətini çəkib. Hesabatda Nəcməddin Sadıkovun xərcləri sırasında 6 dəst armudu stəkan üçün 21 min manat, 80 ədəd çaxır üçün isə 8 min manat vəsait göstərildiyi bildirilmişdi.

Qeyd: Təqsirləndirilən şəxslərin ittiham olunduqları əməllər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Avropadakı 25 min hərbçisini geri çəkməyi planlaşdırır

Next Article

Neft ucuzlaşıb: “Brent” 104 dollardan aşağı düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1212 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]

Nadir albino puma dünyaya gəldi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:55 1104 baxış Latın Amerikasında mavi gözlü və çəhrayı burunlu albino puma doğulub Elpress.az xəbər verir ki, Latın Amerikasında nadir albino puma dünyaya gəlib. Mütəxəssislərin sözlərinə görə, melanin çatışmazlığı […]