--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xaricdə təhsil vədi ilə pul aldılar? – Vətəndaşlardan şirkətə ciddi ittihamlar

Aysel Əlibəyli 21 İyul 2026 · 00:17 1044 baxış

Elpress.az xəbər verir ki, bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqlarını bildirir.

Şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamını gördükdən sonra müraciət edib və üç övladının Kanadada təhsil alması üçün bu ilin mart ayında şirkətlə müqavilə bağlayıb.Onun iddiasına görə, bunun üçün 17 min manat ödəniş etsə də, sonradan şirkət rəhbəri və əməkdaşları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə şirkətlə müqavilə bağladığını və 4350 manat ödədiyini bildirib. O iddia edir ki, nə təhsil prosesi başlayıb, nə də ödəniş etdiyi məbləğ geri qaytarılıb.

Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. Onlar bildirirlər ki, çox sayda vətəndaş oxşar problemlə üzləşib və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür.

Məsələ ilə bağlı zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət etdikləri bildirilir.

Qeyd: Xəbərdə yer alan iddialar şikayətçilərin açıqlamalarına əsaslanır. Qarşı tərəfin mövqeyi açıqlandığı təqdirdə, dərc olunmağa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabunçuda dəhşətli hadisə: Qadın 5-ci mərtəbədən yıxıldı

Next Article

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1074 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1060 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1026 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]

“Bakı Metropoliteni”ndə yeni kadr təyinatları həyata keçirilib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:11 1024 baxış “Bakı Metropoliteni” QSC-də bir sıra kadr dəyişiklikləri və yeni təyinatlar reallaşdırılıb. Elpress.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.Qərara […]