--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

TƏBİB-də şöbə müdiri vəzifəsindən ayrıldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 20:58 1070 baxış

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifələrdən birində dəyişiklik baş verib.

Elpress.az xəbər verir ki, TƏBİB-in İnzibati idarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

A.Bayramova bundan sonra fəaliyyətini “Aqualink” şirkətində davam etdirəcək. Müvafiq əmrlə o, şirkətin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Aysel Bayramova 2022–2024-cü illərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024–2026-cı illərdə isə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.

“Aqualink” 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan şirkətidir. Şirkətin 50-dən çox beynəlxalq su mühəndisliyi və kimya şirkəti ilə əməkdaşlıq etdiyi, indiyədək 200-ə yaxın iri layihədə iştirak etdiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda 15 yaşlı qız ailəsindən xəbərsiz evdən getdi

Next Article

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Məclisdən Prezident və Birinci vitse-prezidentə təbrik məktubu

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 11:45 1112 baxış Milli Məclis 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb. Elpress.az xəbər verir ki, […]

Formula-1 ilə əlaqədar Bakı Bulvarında giriş-çıxış məhdudlaşdırılır

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:31 1130 baxış Elpress.az xəbər verir ki, Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı Dənizkənarı Milli Parkının müəyyən hissəsində giriş-çıxış məhdudlaşdırılacaq. Məhdudiyyət 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli […]