--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1060 baxış

TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır.

Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, “103” Çağrı Mərkəzində süni intellekt əsaslı texnoloji həllər tətbiq ediləcək. Layihə çərçivəsində çağırışların daha dəqiq analiz olunması, hadisə yerinin operativ müəyyənləşdirilməsi və təcili tibbi yardım briqadalarının hərəkət marşrutunun optimallaşdırılması nəzərdə tutulur.

TƏBİB-in İcraçı direktoru Anar Bayramov bildirib ki, həyata keçirilən rəqəmsal transformasiya tədbirləri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə, hadisə yerinə çatma müddətini azaltmağa və resurslardan daha səmərəli istifadə edilməsinə imkan verəcək.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə qeyd edib ki, əməkdaşlıq çərçivəsində süni intellekt və yeni nəsil rəqəmsal həllərin tətbiqi təcili tibbi yardım xidmətinin daha çevik və vətəndaşyönümlü fəaliyyətinə mühüm töhfə verəcək.

Qeyd edək ki, layihə çərçivəsində “103” xidmətinə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışına uyğun məlumatlandırma və digər innovativ həllərin tətbiqi də planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin sosial media hesablarında Peter Pelleqrininin səfəri ilə bağlı paylaşım edildi

Next Article

“Sabah”ın Çempionlar Liqası matçı üçün start heyəti bəlli oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda 4 əsas yolda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 13 Avqust 2026 · 08:23 1030 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan əsas yollar bunlardır: Bakı-Sumqayıt şosesi – “20 […]

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1052 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1036 baxış Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi […]