--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rezidenturaya qəbulun II mərhələsi üçün qeydiyyat başlayır – Tarixlər açıqlandı

Aysel Əlibəyli 22 İyul 2026 · 16:41 1042 baxış

Elpress.az xəbər verir ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyən namizədlər üçün qeydiyyat prosesi iyulun 22-dən başlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, baza fənləri üzrə keçirilən I mərhələ imtahanında 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən namizədlər iyulun 30-u saat 23:59-dək “Şəxsi kabinet”lərinə tələb olunan məbləği əlavə etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunub ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.Bildirilib ki, I mərhələdə uğur qazanan tələbələr isə yalnız əsas (baza ali) tibb təhsilini tam başa vurduqdan və rezidenturaya qəbul hüququ əldə etdikdən sonra II mərhələ imtahanında iştirak edə biləcəklər.

DİM-in açıqlamasına görə, rezidenturaya qəbul imtahanının II mərhələsinin avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron formatda keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həbsxanaya narkotik aparan “kuryer pişik” tutuldu

Next Article

Müəllimlər üçün vahid geyim qaydası tətbiq ediləcək – yeni tələblər təsdiqlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQTA kərə yağları ilə bağlı pozuntular aşkarladı

Aysel Əlibəyli 18 İyul 2026 · 12:37 1034 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kərə yağları ilə bağlı aparılan plandankənar yoxlamalar zamanı bir sıra etiketləmə pozuntuları aşkarlanıb. Elpress.az xəbər verir ki, bunu AQTA-nın Qida […]

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1028 baxış Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi […]