--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Paytaxt və Sumqayıtda qurbağa axını: mütəxəssislər səbəbi açıqladı

Aysel Əlibəyli 29 İyun 2026 · 13:51 1098 baxış

Elpress.az xəbər verir ki, son günlər Bakı və Sumqayıtın bir sıra ərazilərində qurbağaların kütləvi şəkildə görünməsi sakinlər arasında narahatlıq yaradıb.

Xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbələrində, həmçinin Abşeron rayonunun Novxanı və Saray qəsəbələri, eləcə də Sumqayıtın Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr minlərlə qurbağa ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər çoxdur ki, onlar avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətini də çətinləşdirir. Bəzi sürücülər yollarda daha ehtiyatlı hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında müşahidə olunan yağıntılı hava şəraiti qurbağaların çoxalması üçün əlverişli mühit formalaşdırıb.

Onun sözlərinə görə, aramsız yağışlar nəticəsində yaranan gölməçələr uzun müddət qurumayıb və bu da qurbağa kürülərinin böyük hissəsinin inkişafını tamamlamasına şərait yaradıb.

Mütəxəssis qeyd edib ki, hazırda müşahidə olunanlar əsasən Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoyur və əlverişli şəraitdə onların böyük hissəsi inkişaf edərək yeni fərdlərə çevrilir.

Gülbəniz Qasımovanın sözlərinə görə, son yağışlardan sonra gölməçələrdəki bala qurbağaların sel suları vasitəsilə ətrafa yayılması onların kütləvi şəkildə görünməsinə səbəb olub.

Bioloq vurğulayıb ki, bu hal tamamilə təbiidir və insanlar üçün heç bir təhlükə yaratmır. O bildirib ki, təbiətdə qurbağaların sayını tənzimləyən təbii mexanizmlər mövcuddur və müəyyən müddətdən sonra onların sayı normal səviyyəyə qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Next Article

TİMBİR-in II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 1028 baxış İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib […]

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 1024 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1030 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]