--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polisin təlim prosesini izləyib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 10:33 1100 baxış

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polisin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında həyata keçirilən fəaliyyətlərlə tanış olub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova bölmənin fəaliyyəti, ön əməliyyat bazasında yaradılan şərait və qoşun xidmətinin təşkili barədə məlumat verib.

Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb. Bu fəaliyyətlərin əsas məqsədlərindən biri sülhməramlı əməliyyatlar zamanı qarşılıqlı fəaliyyət imkanlarının təmin edilməsidir.Rəhbər heyət bölmənin ərazisində yaradılmış şəraitlə tanış olub. Yataqxana, idman və atəş hazırlığı şəhərcikləri, mühəndis, kəşfiyyat və sürücülük hazırlığı üzrə təlim mərkəzləri, həmçinin hərbi texnika nəzərdən keçirilib.Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi cari ilin oktyabrında keçirilməsi planlaşdırılan NATO-nun Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq məqsədilə aparılan döyüş hazırlığı prosesini izləyib.Müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub və bölmənin ərazisində xatirə ağacları əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramiz Mehdiyevin məhkəməsində hazırlıq iclası bu gün baş tutacaq

Next Article

Yasamalda “xeyriyyə” adı ilə dələduzluq edən qadın saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

64 ildən sonra evləndilər

Aysel Əlibəyli 26 İyul 2026 · 21:23 1072 baxış 90 yaşlı qadın 64 illik münasibətdən sonra sevgilisi ilə nikaha daxil olub Elpress.az xəbər verir ki, Keniyada yaşayan 90 yaşlı Tabita Vanqui və 95 yaşlı İbrahim […]

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1062 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]

İşə getmədən maaş almaq mümkündür

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:05 1068 baxış Təhlükəli iş şəraitində əmək funksiyasından imtina edən işçinin maaşı saxlanılır Elpress.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda işçi işə getmədiyi müddətdə əməkhaqqını almaqda davam […]