--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İZİA və Sumqayıt Dövlət Universiteti yeni əməkdaşlıq mərhələsinə hazırlaşır

Aysel Əlibəyli 22 İyul 2026 · 17:34 1100 baxış

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında elm və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüş keçirilib.

Müzakirələr zamanı istehsalatın tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, elmi araşdırmaların sənaye sektorunun ehtiyaclarına uyğunlaşdırılması və innovativ layihələrin birgə icrası əsas diqqət mərkəzində olub.

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov ölkədə sənaye zonalarının inkişafı, investorlar üçün yaradılan imkanlar və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, ali təhsil müəssisələri ilə sənaye sektoru arasında sıx əməkdaşlıq həm innovasiyaların inkişafına, həm də peşəkar mütəxəssislərin hazırlanmasına mühüm töhfə verə bilər.

SDU-nun rektoru Nurəli Yusifbəyli isə universitetin prioritet istiqamətlərindən birinin elm, təhsil və istehsalat arasında davamlı əlaqələrin qurulması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq tələbələrin praktiki bacarıqlarının artırılmasına, eləcə də startap və innovasiya təşəbbüslərinin dəstəklənməsinə yeni imkanlar yaradacaq.

Görüşün yekununda tərəflər arasında əməkdaşlıq memorandumunun hazırlanması barədə razılıq əldə olunub. Sənəddə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, istehsalat təcrübələrinin təşkili, yüksəkixtisaslı kadr hazırlığı, texnologiya transferi və innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

Səfər çərçivəsində universitet nümayəndələri İZİA-nın nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi ilə tanış olub, müəssisələrdə tətbiq edilən müasir istehsal texnologiyalarını yerində izləyiblər. Tərəflər gələcəkdə universitet–sənaye əlaqələrinin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətini ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müəllimlər üçün vahid geyim qaydası tətbiq ediləcək – yeni tələblər təsdiqlənir

Next Article

TƏBİB-də yeni təyinat: Layihələrin idarə olunmasına yeni rəhbər gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1076 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]