--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Metroda intervallar qısaldılır – yeni qrafik açıqlanıb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:59 1124 baxış

Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də aparılan texniki optimallaşdırma, monitorinq və sınaq tədbirlərindən sonra qatarlar arasında intervalların azaldılması qərara alınıb.

Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” istiqamətində qırmızı xətt üzrə pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.Yaşıl xətt üzrə sərnişin sıxlığı yarandığı halda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endiriləcək.Bənövşəyi xəttdə isə payız-qış qrafikinə uyğun olaraq “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunacaq.Yeni tədris ili ərzində bütün metro xətlərində sərnişin axını diqqətdə saxlanılacaq.

Ehtiyac yaranacağı təqdirdə qatarların hərəkət qrafikinə əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Next Article

AZAL-ın sərnişin aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1080 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:39 1094 baxış Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud […]