--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hərbi Prokurorluqdan sərhədçilərə bayram ziyarəti

Aysel Əlibəyli 18 Avqust 2026 · 14:49 1064 baxış

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü münasibətilə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalı və hərbi hissələrinə ziyarətlər təşkil olunub.

Elpress.az xəbər verir ki, ziyarət zamanı hospitalda müalicə olunan hərbi qulluqçularla görüş keçirilib, həmçinin müxtəlif hərbi hissələrdə xidmət edən sərhədçilər təbrik olunublar.Görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, Silahlı Qüvvələrin formalaşdırılması və inkişafından, eləcə də Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edilib.Həmçinin hərbi qulluqçulara göstərilən dövlət diqqət və qayğısı vurğulanıb. Hospitalda müalicə olunan sərhədçilərin səhhəti və müalicə prosesi, hərbi hissələrdə isə xidmət və sosial-məişət şəraiti ilə maraqlanılıb.

Daha sonra hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.Sərhədçilər yaradılan şəraitə, eləcə də göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür

Next Article

Binəqədidə qisas almaq məqsədilə qadının üzərinə turşu tökən şəxs həbs edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının bir sıra magistrallarında avtomobil sıxlığı artıb

Aysel Əlibəyli 30 İyul 2026 · 08:30 1088 baxış Bakının bir sıra əsas magistral və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, […]

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan və dolu olacaq

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 13:54 1060 baxış Elpress.az xəbər verir ki, sentyabrın 7-də Azərbaycanda hava şəraitinin dəyişkən olacağı, bir sıra ərazilərdə yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə fasilələrlə […]

Bakı Metropoliteninin sədrinə yeni müavin təyin edilib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 15:36 1058 baxış Zaur Nağıyev “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun müavini vəzifəsinə gətirilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı oktyabrın 12-də sərəncam imzalayıb. […]

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:49 1074 baxış 25 “Filds” medalçısı süni intellektin mürəkkəb riyazi problemlərin həllində istifadəsi ilə bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, “Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı alim süni […]