--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1028 baxış

Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.

Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.Bildirilib ki, söhbət Nəsimi rayonunda yerləşən 355 və 357, həmçinin Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçasından gedir.Məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, həmin bağçalarda qrupların komplektləşdirilməsi məqsədilə qeydiyyat bq.edu.az elektron sistemi vasitəsilə davam etdirilir.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi, uşaqlar üçün yaradılan şəraitin yaxşılaşdırılması, eləcə də xidmət keyfiyyətinin və əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tərtərdə yaşayış evində yanğın: ər-arvad həyatını itirdi

Next Article

Bakıda ticarət mərkəzində bədbəxt hadisə: Lift ustası həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1026 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1054 baxış Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media […]