--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:57 1070 baxış

Diplomatik nümayəndələr universitetdə yaradılan təhsil infrastrukturu ilə tanış olublar

Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki günlük səfər çərçivəsində Qarabağ Universitetində olublar.Xarici diplomatları universitetin rektoru Şahin Bayramov qarşılayıb. Rektor qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar üçün yaradılan şərait barədə məlumat verib.Bildirilib ki, Qarabağ Universitetində tədris prosesi artıq üçüncü ildir davam edir. Yeni tədris ilinin sentyabrın 15-də başlaması planlaşdırılır. Universitetdə tələbələrin sayı hər il artır. İlk tədris ilində burada mindən çox tələbə təhsil alıb, ikinci ildə onların sayı 2 mini keçib. Cari tədris ilində isə tələbələrin sayının 3 minə yaxınlaşacağı gözlənilir.Diplomatlara universitetdə tələbələr üçün yaradılan sosial və təhsil imkanları barədə də məlumat verilib. Qeyd olunub ki, tələbələr ödənişsiz təhsil alır, yaşayış imkanları ilə təmin edilir, yataqxana və mənzillərdən istifadə edə bilirlər.Universitetdə müasir tədris proqramlarının tətbiq olunduğu və tələbələrin keyfiyyətli təhsil alması üçün müasir infrastrukturun yaradıldığı bildirilib. Eyni zamanda, ali təhsil müəssisəsinin tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdiyi diqqətə çatdırılıb.Qeyd olunub ki, iqtisadiyyat istiqaməti üzrə yeni korpus artıq inşa edilərək istifadəyə verilib. Növbəti illərdə universitet şəhərciyində daha bir neçə yeni korpusun tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.Səfər zamanı xarici diplomatlar Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu ilə tanış olub, tələbələr üçün yaradılan şərait və ali təhsil müəssisəsinin gələcək inkişaf planları barədə məlumat əldə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Next Article

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Qəbələ marşrutunda əlavə qatar reysləri olacaq

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 11:06 1080 baxış Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı ilə Qəbələ arasında əlavə qatar reysləri təşkil ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC sərnişin […]

Anım Günü Şuşada şəhidlərin xatirəsinə ehtiramla qeyd olunub

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 14:48 1076 baxış Şuşa şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Elpress.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə şəhərin Mərkəzi meydanında, daha […]

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1086 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə […]

Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 22:08 1108 baxış Elpress.az xəbər verir ki, Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrində fəaliyyətə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Azərbaycan Yerüstü […]