--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət

Aysel Əlibəyli 11 Avqust 2026 · 10:37 1042 baxış

Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

Bildirilib ki, yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalıdır. Həmçinin qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinmək, avtomobilin işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunub.Piyadalara da yağışlı hava şəraitində yollarda daha diqqətli olmaları tövsiyə edilib. Onlardan yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmələri, yolun hərəkət hissəsinə qəfil çıxmamaları və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməmələri xahiş olunub.

BDYPİ yol hərəkəti iştirakçılarını əlverişsiz hava şəraitində qaydalara ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb

Next Article

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1020 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]

Azərbaycan vizasız giriş imkanlarını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1070 baxış Azərbaycan qanuni miqrasiyanın təşviqi istiqamətində tətbiq etdiyi mexanizmləri genişləndirməyə davam edir. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media […]