--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda səmanı “ulduz yağışı” bürüyəcək – Tarix və saat açıqlanıb

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 05:32 1068 baxış

Oktyabr ayında Azərbaycan səmasında maraqlı astronomik hadisə müşahidə ediləcək. Drakonid meteor yağışı 6–10 oktyabr tarixlərində görünəcək və onun ən aktiv mərhələsi 9 oktyabr gecəsinə təsadüf edəcək.

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, meteor yağışının maksimumu oktyabrın 9-da saat 23:00 radələrində gözlənilir.

Həmin vaxt saat ərzində təxminən 5 meteorun müşahidə olunacağı ehtimal edilir. Drakonidlərin radiantı Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.

2026-cı ildə bu astronomik hadisənin müşahidəsi üçün şərait xüsusilə əlverişli olacaq. Belə ki, maksimum vaxtı Ayın işıqlanması çox aşağı səviyyədə olacaq və onun işığı meteorların görünməsinə maneə yaratmayacaq. Bakı üzrə yeni Ay oktyabrın 10-da saat 19:50-də baş verəcək.

Mütəxəssislərin bildirdiyinə görə, Drakonid meteor yağışını müşahidə etmək üçün teleskop və ya durbinə ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, qaranlıq və açıq ərazi seçmək, səmaya geniş bucaq altında baxmaq kifayətdir.

Drakonidlərin mənbəyi Yupiter ailəsinə daxil olan 21P/Giacobini–Zinner kometidir. Təxminən 2 kilometr diametrə malik bu komet Günəş ətrafında dövrünü 6,6 ilə tamamlayır.

Qeyd edək ki, Drakonidlər Şimal yarımkürəsində daha əlverişli müşahidə olunur və onların digər meteor yağışlarından fərqli cəhətlərindən biri axşam saatlarında izlənilməsinin mümkün olmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sankt-Peterburqda tarixi malikanədə güclü yanğın baş verib

Next Article

Bu gün Beynəlxalq Qeyri-zorakılıq Günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:09 1072 baxış Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır. Elpress.az Report-a istinadən xəbər verir ki, bu məsələ […]

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1064 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə […]