--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi rəsmiləşdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 17:57 1060 baxış

Prezident İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini nəzərdə tutan qanunvericilik dəyişikliklərini təsdiqləyib.

Elpress.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsində, eləcə də “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Aviasiya haqqında” və digər qanunlara dəyişiklikləri təsdiqləyib.

Qanun dəyişikliyinə əsasən, avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növlərində avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılıb.Sənəddə “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericiliyə daxil edilir, avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilir. Eyni zamanda operatorların və nəqliyyat vasitələrinin mülkiyyətçilərinin hüquq və vəzifələri dəqiqləşdirilir.Yeni qaydalara əsasən, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən sonra səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismar oluna biləcək. Operator fəaliyyəti üçün 5 il müddətinə şəhadətnamə veriləcək və bunun üçün 20 manat dövlət rüsumu ödəniləcək.Bundan başqa, məsafədən idarəetmə mərkəzlərinin yaradılması, istismar zamanı toplanan məlumatların real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməsi və operatorlar tərəfindən 6 ay müddətində saxlanılması nəzərdə tutulur.

Qanunvericilikdə avtonom nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi, qəza və zərərlərə görə məsuliyyət bölgüsü, sığorta tələbləri, həmçinin avtomobillər üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqi də öz əksini tapıb.

Bundan əlavə, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda ər-arvad faciəsi

Next Article

Netanyahudan İran bəyanatı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Düşmən mövqelərini məhv edən Milli Qəhrəman – Fərhad Hümbətov

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 17:22 1046 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qəhrəmanlıq yolu ehtiramla yad edilir. Vətən uğrunda döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqla yadda qalan Fərhad Hümbətov Azərbaycanın […]