Elpress.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimindən görüntülər yayıb.
Görüntülər nazirliyin “X” sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, hibrid təhdidlərə qarşı mübarizə və birgə əməliyyat imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan təlim zamanı hərbçilər mürəkkəb şəraitdə müxtəlif tapşırıqları yerinə yetirirlər.Qeyd edək ki, “Birliyin Gücü – 2026” təlimində Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları iştirak edir.Üç mərhələdən ibarət olan hərbi təlim Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” Təlim Mərkəzində, həmçinin Xəzər dənizinin Azərbaycanın ərazi sularında yerləşən “Böyük Zirə” təlim rayonunda keçirilir.


