--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ADY-dən sərnişinlərə xəbərdarlıq: Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı saxtakarlıq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:27 1040 baxış

Elpress.az xəbər verir ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə saxta biletlərin satışı ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur.
Şirkətdən bildirilib ki, bəzi turizm şirkətləri və sosial şəbəkə səhifələri qatarda mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
ADY belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini və araşdırmaların aparıldığını açıqlayıb. Saxtakarlıqla məşğul olan şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Şirkət xüsusi olaraq qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.
Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi internet resurslarından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Next Article

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb

Aysel Əlibəyli 02 İyul 2026 · 22:18 1096 baxış Elpress.az xəbər verir ki, jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. Elnur Hidayətoğlu bu barədə sosial şəbəkə hesabında […]

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:46 1024 baxış Azərbaycanın iqlim mübarizəsindəki töhfələri yüksək qiymətləndirilib Elpress.az xəbər verir ki, BMT rəsmisi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəyə bu istiqamətdə həyata […]

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1036 baxış Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında […]