--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1092 baxış

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir.

Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Babək Qurbanov bu dəfə doğum gününü mülki zabit kimi qarşılayır. General-leytenant Babək Qurbanov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə çoxsaylı orden və medallarla təltif olunub, həmçinin Azərbaycanın ən ali hərbi mükafatlarından biri olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Prezidentin sərəncamları ilə ona əvvəlcə general-mayor, daha sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Babək Qurbanov bu ilin fevral ayına qədər Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəisi vəzifəsində çalışıb. Səhhəti ilə əlaqədar xidmətdən ayrıldıqdan sonra DSX rəisi general-polkovnik Elçin Quliyevin mülki köməkçisi vəzifəsinə təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı metrosunda havalandırma sistemi yenilənir

Next Article

Jurnalistin səhhəti pisləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 1204 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə […]

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1054 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova […]

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:02 1062 baxış Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin siyasiləşdirilməsinə etiraz edib. Elpress.az xəbər verir ki, Forum bəyanatında xarici internet resurslarında Azərbaycanın […]