--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramovdan Ermənistanla bağlı vacib bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:05 1096 baxış

Xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında normallaşma prosesində yeni irəliləyişlər və ticarətin genişlənməsi gözlənilir

Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin federal xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə mühüm məqamlara toxunub. Nazir bildirib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində hazırlıq mərhələsi bitdikdən sonra Ermənistanda tikinti işlərinə başlanılması gözlənilir. Azərbaycanın öz üzərinə düşən öhdəlikləri böyük ölçüdə tamamladığını vurğulayan Ceyhun Bayramov, ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının bərpasının bütün region üçün geniş iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb.Nazir həmçinin Vaşinqton sülh sammitində sənədə daxil edilən TRİPP layihəsinin irəliləyişlərə təkan verəcəyini, artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşındığını və növbəti mərhələdə tərəflər arasında ticarət əlaqələrinin daha da genişlənə biləcəyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenskidən Azərbaycanla bağlı bəyanat

Next Article

ATƏT sədrindən sülh və təhlükəsizlik mesajı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1084 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]

Azərbaycan nümayəndə heyəti İstanbul sammitində – COP31 GÜNDƏMİ

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 09:05 1074 baxış Elpress.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyənin COP31 sədrliyi çərçivəsində İstanbulda keçirilən İqlim Maliyyəsi Sammitində iştirak edib. Azərbaycanı tədbirdə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar […]