--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yük qatarının hərəkəti zamanı faciə baş verdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:38 1052 baxış

Xaçmaz stansiyasında yük qatarının iştirakı ilə ölümcül hadisə baş verib.

Elpress.az xəbər verir ki, hadisə bu gün saat 05:05 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Xaçmaz stansiyasında qeydə alınıb.Belə ki, hərəkətdə olan yük qatarının qarşısına qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Nəticədə həmin şəxs hadisə yerində həyatını itirib.ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməyə çağırıb.

Qurum diqqətsizlik və qaydalara laqeyd münasibətin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Next Article

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ekspertdən isti havalarda “powerbank” xəbərdarlığı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:19 1060 baxış Çantada “powerbank” partladı: Ekspert isti havalarda elektron cihazların saxlanması qaydalarını açıqladı Elpress.az xəbər verir ki, Limanda olan zaman çantasındakı “powerbank”ın partlaması nəticəsində stilistin dodağı, burnu və […]

DİN-dən əməliyyat: 116 kiloqram narkotik ələ keçirildi

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:17 1060 baxış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Elpress.az xəbər verir ki, əməliyyat zamanı Binəqədi və Nizami rayonlarında, eləcə […]