--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Media eksperti: Prezidentə yüksək etimadın əsas səbəbləri açıqlanıb

Aysel Əlibəyli 09 İyul 2026 · 15:06 1102 baxış

Media eksperti Müşfiq Ələsgərli bildirib ki, MEDİA-nın keçirdiyi ictimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevə yüksək ictimai etimadın formalaşma səbəblərini ortaya qoyur.

Elpress.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi ictimai rəy sorğusunu şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli əldə olunan nəticələrin cəmiyyətdə Prezident İlham Əliyevə yüksək etimadın mövcud olduğunu göstərdiyini bildirib.Onun sözlərinə görə, sorğuda respondentlərin 87,7 faizi Prezidentə etimad göstərdiyini, 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirdiyini, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab etdiyini bildirib. Ekspert qeyd edib ki, bu göstəricilərin eyni vaxtda yüksək olması cəmiyyətdə formalaşmış ictimai konsensusun göstəricisi kimi qiymətləndirilə bilər.Müşfiq Ələsgərli vurğulayıb ki, vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində milli maraqların dayandığını hesab edir. O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji, nəqliyyat və logistika layihələrində fəal iştirakı, eləcə də milli maraqların qorunmasına yönəlmiş siyasət ictimai etimadı gücləndirən əsas amillərdəndir.Ekspertin fikrincə, dövlət başçısının regionlara mütəmadi səfərləri, vətəndaşlarla birbaşa ünsiyyətə üstünlük verməsi, sosial məsələlərə həssas yanaşması, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və ölkədə sabit ictimai-siyasi mühitin qorunması da sorğunun nəticələrinə təsir göstərən mühüm amillər sırasında yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Next Article

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov: Hakan Fidanın səfərinin rəmzi mənası var

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:24 1054 baxış XİN rəhbəri Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümünü xatırladıb Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanın […]

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1158 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:00 1042 baxış Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşü gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın xarici işlər naziri […]