--:--:-- | 29 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Əliyev və Pelleqrini Baş Qərvənddə məktəbin təməlini qoyublar

Aysel Əlibəyli 14 İyul 2026 · 14:14 1064 baxış

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində aparılan quruculuq işləri ilə tanış olublar.

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndinə səfər ediblər.Dövlət başçılarına kənddə həyata keçirilən tikinti və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, uzun illər işğal altında qalan və 2020-ci il noyabrın 20-də azad edilən kənddə hazırda yaşayış evləri, sosial və mühəndis infrastrukturu inşa olunur.Səfər çərçivəsində prezidentlər Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbinin təməlini qoyublar. Məktəbdə müasir tədris otaqları, laboratoriyalar, kitabxana, idman və akt zalları yaradılacaq, binanın enerji təminatı üçün günəş panelləri quraşdırılacaq.Qeyd olunub ki, Baş Qərvənd kəndinin tikintisində Slovakiya şirkətləri iştirak edir, məktəb binası isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilir.Daha sonra İlham Əliyev və Peter Pelleqrini kənddə inşa edilən nümunəvi yaşayış evində yaradılmış şəraitlə də tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nihat Kahveci saxlanılıb

Next Article

Rumıniya nəşri Xəzər dənizinin strateji rolundan bəhs edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1078 baxış Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha […]

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Aysel Əlibəyli 24 May 2026 · 23:56 1092 baxış ABŞ dövlət katibi Marco Rubio Vaşinqtonun İrana qarşı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalını istisna etmədiyini açıqlayıb. O, bu fikirləri India Today telekanalına müsahibəsində səsləndirib.Rubio bildirib […]

Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Aysel Əlibəyli 06 Avqust 2026 · 10:17 1036 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. Elpress.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında paylaşılıb. Bildirilib […]