--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Dövlət kitabların alınmasına hər il 600 min manata yaxın vəsait ayırır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:23 1142 baxış

Azərbaycanda kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə hər il dövlət büdcəsindən yüz minlərlə manat vəsait ayrılır.

Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən müzakirələr zamanı məlumat verilib.Bildirilib ki, nəşrlərin satın alınması üçün xüsusi komissiya fəaliyyət göstərir və hər il bu məqsədlə 600 min manatadək vəsait ayrılır. Ayrılan məbləğin həcmi illər üzrə dəyişə bilər və alınacaq kitablar komissiyanın qiymətləndirməsindən sonra müəyyənləşdirilir.Qeyd olunub ki, hazırda çap olunan hər kitab avtomatik şəkildə kitabxana fondlarına daxil edilmir. Aparılan təhlillər nəticəsində bəzi nəşrlərin ictimai faydalılığı və məzmun keyfiyyəti ilə bağlı suallar yarandığından seçim meyarları sərtləşdirilib.Məlumata görə, kitabxana fondlarının keyfiyyətinin yüksəldilməsi, xüsusilə elmi və elmi-kütləvi ədəbiyyatın payının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.Həmçinin nəşriyyatlar və müəlliflər elmi yönümlü kitabların hazırlanmasına daha çox diqqət ayırmağa təşviq olunur. Bu sahədə akademik qurumlar və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Next Article

Azərbaycanda temperatur yüksəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1178 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Aysel Əlibəyli 05 İyun 2026 · 14:08 1206 baxış Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ünvanladığı açıq məktub barədə məlumatlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Kremlin nümayəndələri məlumat veriblər. Bildirilib ki, dövlət […]