--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 1136 baxış

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar.

Elpress.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında baş tutacaq.

Kiyevdə keçiriləcək görüşlər zamanı Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Tərəflərin qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlıq son illərdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər və birgə təşəbbüslərlə inkişaf etməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransanı cənginə alan isti dalğası: Ölənlərin sayı minə yaxınlaşdı

Next Article

Azərbaycan cüdosunda növbəti uğur: Avropa Açıq Turnirində 3 medal

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev BƏƏ Baş nazirinə başsağlığı verdi

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 18:22 1058 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. Elpress.az xəbər verir […]

Kəmaləddin Heydərova yeni müşavir təyin olunub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:38 1036 baxış Bəxtiyar Tağıyev Fövqəladə Hallar nazirinin müşaviri vəzifəsinə gətirilib Elpress.az xəbər verir ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova yeni müşavir təyin edilib.Bu vəzifəyə Bəxtiyar İslam oğlu […]

Qurtuluş yolundan Böyük Zəfərə aparan siyasi irs

Aysel Əlibəyli 14 İyun 2026 · 11:10 1118 baxış Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyin inkişafında və ölkənin gələcək uğurlarının təmin olunmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi strateji xətt nəticəsində Azərbaycan sabitlik […]