--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zelenski İlham Əliyevə təşəkkür edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:05 1024 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib.

Elpress.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib və Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb.Ukrayna lideri Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyinin daim qəti olduğunu vurğulayıb. O, iki ölkə arasında uzun illər ərzində formalaşan iqtisadi əməkdaşlığın inkişaf etdirildiyini, enerji və təhlükəsizlik sahələrində yeni imkanların yaradıldığını bildirib.Zelenski həmçinin Azərbaycan və Ukraynanın ehtiyac yarandığı zaman bir-birinə dəstək göstərdiyini qeyd edib.

Ukrayna Prezidenti iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Next Article

Avqust ayının sosial ödənişləri tam ödənilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə bürünüb

Aysel Əlibəyli 25 Avqust 2026 · 08:34 1028 baxış Bakının simvollarından olan Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev “X” sosial şəbəkə hesabında […]

Uitkoff: Cənubi Qafqazda sülh prosesində yeni mərhələ başlayıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 12:28 1036 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində əldə olunan irəliləyişləri dəyərləndirib. Uitkoff […]

Aleksandr Vuçiç dövlət başçısını təbrik edib.

Aysel Əlibəyli 26 May 2026 · 20:47 1176 baxış Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Məktubda bildirilir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi […]

XİN rəhbərləri regional məsələləri müzakirə edib

Aysel Əlibəyli 20 İyun 2026 · 18:22 1082 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin gündəliyində duran məsələlər, yüksək səviyyəli […]