--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Aysel Əlibəyli 16 İyul 2026 · 13:35 1118 baxış

Yunis Qurbanov Azərbaycan–ABŞ münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bildirib

Elpress.az xəbər verir ki , Politoloq Yunis Qurbanov hesab edir ki, son dövrlər Azərbaycan ilə ABŞ arasında müşahidə olunan diplomatik fəallıq iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni strateji mərhələyə keçdiyini göstərir. Onun sözlərinə görə, münasibətlər artıq qarşılıqlı hörmət, praqmatik əməkdaşlıq və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf edir.Ekspert bildirib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi səfər ikitərəfli əlaqələrdə mühüm dönüş nöqtəsi olub. O qeyd edib ki, həmin görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb və bu sənəd gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.Yunis Qurbanovun sözlərinə görə, sonrakı mərhələdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin strateji səviyyəyə yüksəlməsinin hüquqi və siyasi əsasını formalaşdırıb. Politoloq vurğulayıb ki, Azərbaycan bu əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş kimi çıxış edir və müstəqil xarici siyasət yürüdərək milli maraqlarını qətiyyətlə müdafiə edir.Ekspert həmçinin ABŞ-nin Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş barədə danışaraq bildirib ki, bu qərar qəbul edildiyi dövrdən etibarən ədalətsiz və siyasi xarakter daşıyıb. Onun fikrincə, hazırkı geosiyasi şəraitdə həmin düzəliş öz aktuallığını itirib və Azərbaycan–ABŞ strateji tərəfdaşlığının daha da inkişafı üçün qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsas rol oynamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Next Article

Türk politoloqdan Türkiyə–Azərbaycan əlaqələrinə yüksək qiymət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampdan İrana sərt xəbərdarlıq

Aysel Əlibəyli 21 İyun 2026 · 18:02 1168 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranı Livandakı “Hizbullah” hərəkatı ilə bağlı sərt şəkildə xəbərdar edib. Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Tehranın […]

Rubiodan Ukrayna ilə bağlı mühüm açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:23 1204 baxış ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri yenidən aktivləşdirməyə hazır olduğunu bəyan edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində […]

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1165 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]